“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir.
Teleqraf.com xəbər verir ki, dəyişiklik layihəsində işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi təklif olunur.
Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.
Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.