7 dekabr 2021-ci il tarixinədək Fondun hesabına 64 930 525.72 AZN vəsait mədaxil olub. Hazırda "YAŞAT" Fondunun büdcəsində 15 milyon manatdan çox vəsait var.
Teleqraf.com xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov "YAŞAT" Fondunun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ölkə ərazisində 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb: "Onların ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.
Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 433 079.57 təşkil edir".