17 Noyabr 2014 15:54
636

Beynəlxalq Qadınlar Klubu noyabrın 23-də “Milad bazarı” adlı xeyriyyə tədbiri keçirəcək. Tədbirdə məqsəd köməyə ehtiyacı olan uşaqlara yardım toplamaqdır.

“Milad bazarı” Azərbaycanda işləyən xarici mütəxəssislərin, neft və inşaat şirkətlərinin işçilərinin xanımları və Azərbaycan xanımlarının birgə təşkilatçılığı ilə keçiriləcək.

“Milad bazarı” noyabrın 23-də saat 11.00-dən 17.00-dək “Hyatt Regency” otelinin Kişmiş zalında baş tutacaq.


Beynəlxalq Qadınlar Klubu sizi “Milad bazarı” xeyriyyə tədbirinə dəvət edir.

Teleqraf.com


Müəllif:
Загрузка...