12 Dekabr 2021 12:55
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yeni Minaaxtaran Alayı yaradılıb".

Teleqraf.com-un xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, həmçinin həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

"Alayda 74 yeni mina axtaran mütəxəssis yetişdirmişik, 120 ədəd mina axtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib. Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə ərazilərdə minadan təmizlənmə işlərini davam etdirirlər", - o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər