14 Dekabr 2021 17:08
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları paytaxtın Xəzər və Sabunçu rayonlarında qaz xətlərinə xeyli sayda qeyri-qanuni birləşmə halları aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB vətəndaşlara xəbərdarlıq edib.

"Dəfələrlə abonentlərlə maarifləndirici söhbətlər aparılmasına baxmayaraq, əfsuslar olsun ki, hələ də bəzi vətəndaşlar qanunsuz əməllərindən çəkinmirlər. Əraziyə baxış keçirilən zaman sayğac olmadan qaz xəttinin rezin borular vasitəsilə çəkilməsi, sayğacın göstəricisinin geri çəkilməsi, pərakəndə şəkildə qaz xətlərindən istifadə halları müəyyən edilib", - videoxəbərdarlıqda qeyd olunub.

Əlavə edilib ki, birliyin əməkdaşları aşkarlanan bütün faktlar üzrə materialları toplayaraq, ölçü götürülməsi üçün aidiyyəti strukturlara təqdim ediblər.

""Azəriqaz" İB olaraq bir daha vətəndaşları qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırırıq. Yaddan çıxarmayaq ki, kustar üsulla edilən bu birləşmələrlə həm özünüzün, həm də ətrafdakı insanların həyatını təhlükəyə atırsınız. Bu cür qanunsuz hərəkətlərə yol verənlər barəsində daha ciddi tədbirlər görüləcək", - deyə xəbərdarlıqda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər