Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi.
Teleqraf.com xəbər verir ki, agentliyin 2021-ci il kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub. Onlardan 415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Müsabiqənin nəticələri ilə bağlı 14 dekabr 2021-ci il tarixində keçirilən brifinqdə müvafiq istiqamətlər üzrə qrant müsabiqəsinin nəticələri elan edilib.
Müsabiqənin qalibləri haqqında məlumatla aşağıda tanış ola bilərsiniz