20 Dekabr 2021 19:26
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda beşdən çox uşağı olan və sosial müavinət alan qadınların sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a bildirilib ki, ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2500 nəfərə yaxındır, onların uşaqlarının sayı isə 10 mindir.

Qeyd edək ki, Prezident İlham Əliyevin bugünkü Fərmanı ilə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb. Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər