Ölkə üzrə 1825 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 1692-i dövlət məktəbəqədər təhsil müəssisəsidir.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bağçalarda 126 mindən çox uşaq tərbiyə alır: "133 özəl bağçada 5124 uşaq var. Ölkə üzrə 17 128 məktəbdəqədər təhsil işçisi çalışır".
Nazir bildirib ki, dövlət ümumtəhsil müəssisələrində 5 yaşlı uşaqların 85 faizindən artığı məktəbəqədər təhsilə cəlb olunub: "Uşaqlar nə qədər tez tədrisə başlayırsa, bu onların gələcəyi üçün o qədər vacibdir. Lakin bu o demək deyil ki, uşaqlar birinci sinfə bir yaş tez başlayacaqlar".