26 Dekabr 2021 09:40
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda istehsal edilən maskalar insanları 99 faiz viruslardan qoruyur.

Teleqraf.com xəbər verir ki, bunu Trend-ə Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva deyib.

S.Babayeva bildirib ki, tibbi maskanı təşkil edən əsas material medblaumdur: "Üçqatlı maskanın ortasında yerləşən həmin qat virusların həm kənardan orqanizmə, həm də orqanizmdən ətrafa ötürülməsinin qarşısını alır. Lakin tibbi maska 4 saatdan bir dəyişdirilməlidir", - deyə S.Babayeva bildirib.

O qeyd edib ki, maskanın virusdan qorumaması barədə deyilənlər tamamilə yanlış fikirdir:

"Bu virus gözəgörünməz bir düşməndir. İnsanlar maskanın orta qatında olan medblaumu görmürlər. Mikroskop altında bunu aydın görmək olar. Əgər insanlar görsələr ki, mikroblar necə sel kimi maskanın üst qatına gəlir, orta qat onu necə saxlayır, onlar bir də bu sualı verməzlər", - deyə S.Babayeva qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər