Ölkəmizə gətirilən vaksinlərin hər biri sertifikasiyadan keçib. Həmçinin "Sinovak" vaksini Avropanın əsas akkreditasiya verən qurumu tərəfindən qəbul edilib.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, "Sinovak" vaksini bəzi ölkələrin daxili qaydalarına əsasən tanınmaya bilər.