30 Dekabr 2021 12:12
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Teleqraf.com-a bildirib ki, Yasamal rayonu, “Alov qüllələri” hotelinin yaxınlığındakı məşələ nəzarət edən Rayon İca Hakimiyyətinin işçiləri tərəfindən iş aparıb.

"Ehtiyatsızlıq səbəbindən qaz sızması baş verib. Nəticədə partlayış qeydə alınıb. Orada çalışan iki işçinin qəsarət alması barədə məlumat almışıq. Qeyd edim ki, sayğacdan sonrakı xətdə “Azəriqaz” İstehsalat Birliyinin heç bir nəzarət funksiyası yoxdur. Yəni məşələ qədər olan hissədə heç bir problem baş verməyib. Hər şey saz vəziyyətdə olub", - o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər