COVID-19 pandemiyası ilə mübarizə davam etsə də, bir çox insanlarda virusa qarşı rahatlıq yaranıb. Bəzi insanlar “COVID-19-a yoluxdum, artıq xəstələnməyəcəm” deyə fikirlər səsləndirirlər.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər bunun yanlış olduğunu açıqlayıb.
Aparılan tədqiqatlara görə, bir insan eyni anda həm COVID-19, həm də omikron variantına yoluxa bilər. Mütəxəssislər bildiriblər ki, hazırda omikron və delta variantları bərabər şəkildə yayılmağa davam edir.
Delta və omikron COVID-19 xəstəliyinin səbəbi olan SARS-CoV-2 virusunun variantlarıdır. Hazırda omikron delta ilə müqayisədə daha sürətli yayılır. Hər iki variant yayılıb və nəticədə bu variantlardan birinə yoluxmuş şəxs bir müddət sonra digər varianta yoluxa bilər. Hətta hər iki varianta eyni vaxtda yoluxmaq da mümkündür.