19 Noyabr 2014 14:07
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, dünya ölkələri hələ də iqtisadi böhrandan çıxmadığı halda, Azərbaycanda iqtisadi nailiyyətlər davam edir:

“Bunu ancaq neft faktoru ilə əlaqələndirmək olmaz. Azərbaycandan da çox neft istehsal edən ölkələr var ki, bizim kimi sürətlə inkişaf etmirlər. Vaxt var idi bu məclisdə çıxış edən deputatlar elektrik enerjisinin çatışmamazlığını müzakirəyə çıxarırdılar. İndi isə bu kimi problemlər aradan qaldırılıb. Eyni zamanda magistral yollarımızdakı problemlər də artıq öz həllini tapıb. Bütün bunlar Azərbaycandakı inkişafdan xəbər verir. Artıq Azərbaycan səhiyyəsi də özünün əvvəlki nüfuzunu qaldırmaqdadır. Hərbi sahənin büdcəsinin artırılmasını çox doğru hesab edirəm.

Noyabr ayında Ermənistana məxsus hərbi helikopterin vurulması və ermənilərin də susması göstərir ki, Azərbaycan ordusu düşmən ordusundan qat-qat güclüdür. Bunu artıq onlar da qəbul edirlər”.

Mingəçevirdəki problemlərə toxunan deputat bildirib ki, şəhərin iki böyük problemi var: “Birincisi işsizlik, ikincisi isə mənzil problemidir. Artıq cənab Prezident bununla bağlı sərəncam verib. Gələn il üçün Mingəçevirdə 5 min insanın işlə təmin olunması nəzərdə tutulub. Eyni zamanda infrastrukturlarda da ciddi yeniliklər aparılacaq. Ümid edirəm ki, bu kimi layihələr davamlı olacaq. Mingəçevirdə əsas problem mənzil problemidir. Bu problemi aradan qaldırmaq üçün ipoteka məsələləri daha da təkmilləşdirilməlidir. Bu gün Mingəçevirdə 10 min ailə ev almaq arzusundadır. Sosial evlərin tikintisi ilə bağlı proqramlar qəbul edilməlidir. Bunun üçün dövlət tərəfindən xüsusi proqramlar başlanılmalıdır. Eyni zamanda hesab edirəm ki, Bakının statusu ilə bağlı xüsusi addım atılmalıdır. Bu gün paytaxtımız inkişaf edir. Ancaq burada hündür binaların tikilməsi, mərkəzdə sıxlığı artırır. Eyni zamanda tıxaclarla bağlı avtodayanacaqların tikilməsinə ciddi ehtiyac var”.

Nemət


Müəllif:

Oxşar xəbərlər