17 Yanvar 2022 14:13
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.

Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.


Müəllif: Teleqraf.com