18 Yanvar 2022 11:41
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir şəxs hələlik il ərzində yalnız bir dəfə işğaldan azad olunmuş ərazilərə səfər edə biləcək.

Teleqraf.com xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, sərnişinlər bilet alarkən bunu nəzərə almalıdırlar: "Nəzərə alaq ki, getmək istəyən çoxdur. Buna görə bilet alınan zaman Şuşa, yaxud Ağdama getmək istədiklərinə qərar versinlər. Marşrut xəttinə maraq nəzərə alınaraq daha sonra səfərlərin sayında dəyişiklik edilə bilər".

Rəhman Hümmətov əlavə edib ki, bu səfərlər turizm məqsədi daşımır: "Bəli, bir çoxları evlərini görməyi arzu edir. Lakin səfərlər müəyyən edilmiş marşrut xətti üzrə təşkil olunacaq. Səfər çərçivəsində hazırlanmış proqramdan çıxmaq qadağandır. Biletlər əvvəlcədən gediş-dönüş olaraq alındığı üçün vətəndaşların həmin ərazilərdə qalmaq imkanı olmayacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər