22 Yanvar 2022 17:23
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək təzyiqi olan şəxslər üçün günorta yuxusu çox faydalıdır.

Teleqraf.com xəbər verir ki, yü̈ksək təzyiqin qarşısını almaq və nəzarət altında saxlamaq məqsədilə preparatların qəbuluna başlamadan əvvəl dərmansız yollara müraciət etmək lazımdır.

Bunların başında faydası təsdiqlənmiş pəhrizlər və müntəzəm fiziki məşğələlər yer alır. Təqribən 400 hipertenziya xəstəsi üzərində araşdırma aparılıb. Tədqiqatda günorta 1 saatlıq yuxunun təzyiq düşürücü təsiri olduğu aşkarlanıb. Həmçinin, daha qısa müddətli yuxu beyin və bədən sağlamlığına faydalıdır. Belə ki, gündəlik stresi azaldır, günün ikinci yarısında daha enerjili olmamıza kömək edir.


Müəllif: Aysel Azad