24 Yanvar 2022 12:37
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən həkimlərin aylıq vəzifə (tarif) maaşlarına aylıq sabit və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. Həvəsləndirici əlavələr sayəsində tibb və qeyri-tibb heyətin əməkhaqları artıb.

Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinə dair 2021-ci il üzrə ilkin nəticələr" mövzusunda bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən əvvəl həkim-ümumi cərrahın aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat təyin olunub:

"Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 534 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 22 082 manatdır. Məbləğdən də göründüyü kimi, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 36 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 50 dəfə artıb.

İcbari tibbi sığortanın tətbiqindən əvvəl həkim – oftalmoloqun aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat olmuşdur. Hazırda isə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə alan həkimin ən aşağı vəzifə maaşı orta hesabla 529 manat, ən yuxarı vəzifə maaşı orta hesabla 12 769 manatdır.

Məbləğdən də göründüyü kimi, minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 34 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 30 dəfə artıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər