20 Noyabr 2014 12:32
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “Şəki-Zaqatala regionu gənclərinin məşğulluq və karyera imkanlarının artırılması” adlı maarifləndirici layihəsi çərçivəsində Zaqatalada təlim-məlumatlandırma sessiyası təşkil olunub.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, Yerli icra hakimiyyətləri, gənclər və idman idarələri, rayon, şəhər əhalinin əmək və sosial müdafiə və məşğulluq mərkəzləri ilə birgə əməkdaşlıq şəklində həyata keçirilən layihə Şəki şəhərində, Qax, Zaqatala və Balakən rayonlarında məşğulluq imkanları və karyera inkişafına dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə və s. mövzularında interaktiv üsullarla maarifləndirmənin aparılmasına, region gənclərinin Məşğulluq Forumu və sərgisinin təşkilinə, “Uğurlu Karyeraya dair Yaddaş Kitabçası”nın nəşrinə, yayımına, regionun gənc könüllü təlimçilər şəbəkəsinin qurulmasına və geniş PR fəaliyyətinə yönəlib.

Zaqatalanın fəal gənclərin iştirakı ilə keçirilən təlim-məlumatlandırma sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, təşkilatın sədr müavini, layihənin koordinatoru Gülnarə Bağırova, təlimçi-ekspert Dadaş Əhmədov, rayon gənclər və idman idarəsinin, yerli icra hakmiyyəti və məşğulluq mərkəzinin məsul əməkdaşları da iştirak edirdilər.

Rəsmi açılışdan sonra təlimçi-ekspert D.Əhmədov məşğulluq və karyera inkişafı istiqamətində bölgə gənclərinə yeni iş imkanları və s. mövzularda geniş və zəngin bilgi və informasiyalar çatdırıb.

Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələ, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olundu, sorğu və qiymətləndirmə aparıldı. 2 gün davam edən təlimin sonunda iştirakçılara yekunlara dair sertifikatlar təqdim olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər