“İşğaldan azad olunan ərazilərdə qaz sayğacları quraşdırıldıqdan sonra sözsüz ki, müəyyən kodlar veriləcək. Bu, qazlaşma işi yekunlaşdıqdan sonra olacaq. Qazlaşma yekunlaşdıqdan sonra bu, ən asan işdir".
Teleqraf.com xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyasında deyib.
O qeyd edib ki, azad olunan ərazilərdə qazlşama işi ilə əlaqədar hazırda yalnız layihələndirmə işləri görülür:
"İlk olaraq Ağdam və Şuşanın qazlaşdırılmasından söhbət gedir. Bundan başqa, işğaldan azad olunan əraizlərdən daxil olan zəngləri cavablandırmaq üçün də operatorlar ayrılacaq".