5 Fevral 2022 14:57
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda marketlərin birində “Nur çörək” zavodunun istehsalı olan xarab çörək aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Nəsimi rayonunu, 4-cü mikrorayon ərazisində yerləşən “Əlvadi” marketdə qeydə alınıb.

Bu gün səhər saat 11 radələrindən marketdən çörək alan müştəri evdə qidalanma zamanı çörəyin arasında müəmmalı qara-yaşıl ləkələr aşkarlayıb.

Çörəyin bir hissəsindən qidalanmış müştəri qorxuya düşərək dərhal qalan dilimləri də götürüb və marketə yollanıb. "Əlvadı" marketdən bildirilib ki, məhsulun keyfiyyətsizliyinə və digər defektə görə onlar məsuliyyət daşımırlar: "Artıq məsələ ilə bağlı "Nur çörək" zavoduna müraciət etmişik. Zavodun nümayəndəsi marketə gəlir".

“Nur çörək” zavodu ilə əlaqə saxladıq. Zavodunun istehsalat rəhbəri İlqar Adıgözəlov bildirdi ki, hadisə zavodda baş verən texniki problemlə əlaqəlidir:

"Baş verən hadisəyə görə üzr istəyirik. Gecə saatlarında avadanlıqlarda qısa müddətlik texniki problem yaranıb. Nəticədə bir neçə bu cür standartdan kənar çörək istehsal olunub. Bu hallar daimi deyil. Problem dərhal aradan qaldırılıb. Bu gün bununla bağlı adlığımız yeganə şikayətdir. Vətəndaşlardan xahiş edirik ki, problemlə qarşılaşdıqda bizə məlumat versinlər".

Bu, hələlik cavabdeh tərəfin - hansısa səbəbdən zay məhsul edərək satış müəssisələrinə paylamış zavodun mövqeyi və arqumentidir. Qida istehsalı elə bir sahədir ki, orda sonradan üzr istəməklə ziyanın qarşısını almaq mümkün olmur. Çörək kimi həssas qida məhsulundan söhbət getdiyi üçün məsələni diqqətdə saxlmağı özümüzə borc bilirik.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər