“Yanvar ayı ərzində 1 milyard 183 milyon kubmetr təbii qaz qəbul olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 102 milyon kubmetr artıq təbii qaz qəbul etmişik. Bundan əlavə, əhali xətləri üzrə 29 milyon kubmetr həcmdə artıq təbii qaz götürülüb”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Baş direktor qeyd edib ki, 2021-ci ilin eyni ayında qaz paylayıcılarında itki 8,8 faiz olub: “Cari ildə isə 6.3 faiz itki baş verib. İtki ötən ilə nisbətən 2.5 faiz aşağı düşüb, həcmlə isə 20 milyon kubmetr azalıb. Bu o deməkdir ki, əvvəlki illərdə görüyümüz işlərin istiqamətləri və hədəfləri düz olub”.