11 Fevral 2022 11:55
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yanvar ayında qaz satışının həcmi yüksək olur. Bu ayda ümumi ödəniş sərfiyyatımız əhali sektoru üzrə 95 faiz, qeyri-əhali sektoru üzrə isə 87 faizə çatıb. Ümumilikdə yığım 91 faiz olub”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Baş direktor xüsusən əhali qrupundan olan abonentlərə təşəkkürünü bildirib: “Ötən ilin analoji dövrü ilə müqayisədə yığımda 19 faiz artım olub. Yığımlar əhali sektoru üzrə 6.4 faiz, qeyri-əhali sektoru üzrə isə 36 faiz təşkil edib”.

O həmçinin qeyd edib ki, hesabat dövründə 5 903 yeni abonent qeydiyyata alınıb: “Onlardan 5639-u əhali abonenti, 262-si isə qeyri-əhali sektoru üzrədir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər