16 Fevral 2022 17:32
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

"COVID-19 epidemiyasının sona çatması ilə bağlı fərziyyə ağlabatan ssenaridir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın “Moderna” əczaçılıq şirkətinin baş direktoru Stefan Bansel deyib.

O bildirib ki, omikronun təkamül ehtimalı 80 faizdir: "Getdikcə daha az ölümcül virus görəcəyik. 20 faizlik ehtimal olan bir ssenaridə omikrondan daha ölümcül bir virusun ortaya çıxmasıdır. Bu virus qrip kimi əbədi olaraq bizimlə qalacaq və biz onunla yaşamağı öyrənəcəyik".

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 7 gündə dünyada 15,47 milyon yeni yoluxma qeydə alınıb, bu müddətdə 73 min 162 nəfər ölüb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər