19 Fevral 2022 13:50
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya COVID-19 virusunun yayılmasından sonra yeni pandemiyaya hazır deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus Almaniyada təşkil olunan Münxen Təhlükəsizlik konfransında deyib.

Onun sözlərinə görə, dünya COVID pandemiyasına da hazır deyildi:

“Buna görə də dünyanın yeni epidemik mübarizəyə hazır olmadığını düşünürəm. Bununla yanaşı, digər ölkələrdən gözlədiyimiz mübarizə tədbirlərini görməməkdən narahatam. Pandemiyanın nə zaman bitəcəyi tez-tez soruşulur. Bəzi ölkələrdə vaksinasiyanın aparılması nəticəsində omikron variantına yoluxanlarda xəstəlik yüngül keçir. Buna görə də bəziləri pandemiyanın bitdiyini düşünür. Amma ÜST”.

ÜST rəsmisi bildirib ki, Afrikanın əhalisinin 83 faizi peyvənd olunmayıb: “Qarşısını ala biləcəyimiz pandemiya səbəbilə hər gün 70 min insan dünyasını dəyişirsə, bu pandemiya bitə bilməz. COVID-19 var olduqca yeni mutasiyaları qeydə alınacaq. Hazırkı şərait daha yoluxucu və daha təhlükəli mutasiyaların çıxmasına şərait yaradır. Biz qərar verdiyimiz zaman pandemiya bitəcək. Bu, seçim məsələsidir”.

Gebreyesus qeyd edib ki, COVID-19 ilə mübarizəni sürətləndirmək istiqamətində qlobal peyvənd bərabərsizliyini aradan qaldırmaq üçün 16,8 milyard dollarlıq fond yaratmağı hədəfləyir: “Bütün ölkələri bu fonda ianə etməyə çağırıram. Bununla pandemiyanı nəzarət altına almaq müddətini uzada bilərik”.


Müəllif: Aysel Azad