“Azərbaycan Hava Yolları” QSC-nin iki vitse-prezidenti vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.
Məlumata görə, Andropova Lyubov Pavlovna (iqtisadiyyat və maliyyə məsələləri üzrə) və Etibar Xudaverdi oğlu Hüseynov vitse-prezident vəzifələrindən azad edilib.
Hal-hazırda “Azərbaycan Hava Yolları”nın 5 vitse-prezidenti var.