25 Fevral 2022 12:05
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz" İstehsalat Birliyi ilə "Azəristiliktəhcizat" ASC arasında olan borc məsələsi öz həllini tapıb.

Teleqraf.com xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.

Şöbə rəisinin sözlərinə görə, artıq bu istiqamətdə müəyyən ödənişlər də həyata keçirilib: "Hazırda hər hansı qazanxanaya təbii qazın verilişində məhdudiyyət qoyulmur".

SOCAR "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə əlavə edib ki, iki qurum arasındakı problem Nazirlər Kabineti səviyyəsində müzakirəyə çıxarıldı:

"Baş nazirin göstərişi ilə "Azəristiliktəhcizat" ASC-yə dotasiya ayrıldı. Bu dotasiya ilə "Azəristiliktəhcizat" ASC-nin "Azəriqaz" İB-nə olan borcun əhəmiyyətli hissəsi təmin etmiş oldu. Hazırda Azərbaycanda elə bir qazanxana yoxdur ki, onun "Azəristiliktəhcizat" ASC-nin borcunun müqabilində qaz təminatı dayandırılsın. Umumiyyətlə, bu gün iki qurum arasında problem yaşanmır".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər