25 Fevral 2022 14:54
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sınaq imtahanları ilə bağlı bizə irad tuturlar.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlar, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kursların keçirdiyi sınaq imtahanlarına DİM məsuliyyət daşımır:

"Kurslar imtahan keçirsinlər, amma bizə istinad etməsinlər. DİM-in onlayn sınaq imtahanları var. Bununla yanaşı, bir illik abunəsi 3 manat olan interaktiv kitablarımız var. Bizə hansısa məsələlərlə bağlı irad tutanlar özləri materiallarımızdan faydalanırlar. Amma nə dərəcədə düzgün istifadə etməklərinə cavabdeh deyilik. Biz hər zaman valideynlərə, müəllimlərə bildiririk, DİM-in onlayn resursları açıqdır və faydalana bilərsiniz".

DİM sədri imtahanların qiymətlərinin baha olması iradına da aydınlıq gətirib: "Biz dövlət təşkiları olaraq publik-hüquqi şəxsik. Qanuna uyğun olaraq məhsulu hazırlayıb, təqdim edirik. Bizim iqtisadi fəaliyyətimiz tamamilə şəffafdır. Hər il beynəlxalq audit keçiririk və nəticələri saytımızda yerləşdirilir. 2016-cı ildən bəri bu nəticələri ictimaiyyətə təqdim edirik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər