Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisə daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Report"a parlamentdəki mənbə məlumat verib.
Hesabatın qanunverici orqanının martın 15-də keçirilməsi planlaşdırılan plenar iclasında müzakirəyə çıxarılacağı nəzərdə tutulur.
Sənədi Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.