11 Mart 2022 12:10
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyin paylayıcı şəbəkəsində 7,2 %, 71 milyon kubmetr qaz itkisi olub.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayəndələri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin müvafiq ayı ilə müqayisədə 2,7 %, yəni 25 milyon kubmetr azdır: "Bu ilin yanvar-fevral ayları ərzində “Azəriqaz”ın paylayıcı şəbəkəsində 6,8 %, yəni 146,6 milyon kubmetr qaz itkisi olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 %, yəni 44,6 milyon kubmetr azdır".


Müəllif: Nemət

Oxşar xəbərlər