Qərb bölgəsində gecə saatlarından yağan qar dağlıq rayonlarda avtomobilərin hərəkətində çətinliklər yaradıb.
Teleqraf.com xəbər verir ki, ötən gecədən başlayaraq Daşkəsən, Gədəbəy və Tovuza güclü qar yağıb.
Dağlıq ərazilərdə yerləşən ucqar kəndlərdə qarın hündürlüyü 20 santimetrdən çox olub. Nəticədə yollarda nəqliyyat vasitələrin hərəkətində çətinliklər yaranıb.
Sərnişin daşıyan mikroavtobus sürücüləri hava şəraitini nəzərə alaraq bəzi yerlərdə daha aşağı sürətlə hərəkət edirlər.
Hazırda aidiyyəti qurumlar yollarda qum səpmə və qardan təmizləmə işləri aparır, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görürlər.
Qeyd edək ki, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında qar bir neçə gün öncədən yağmağa başlasa da gecə saatlarından daha da güclənib.
***
09:40
Qəbələyə qar yağıb.
Teleqraf.com xəbər verir ki, axşamdan yağmağa başlayan qar səhərədək davam edib.
Qax rayonunda da dünəndən yağan yağış gecə saatlarında sulu qar və qara çevrilib.
Qeyd edək ki, gün ərzində rayonlarda arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.