"Türk Hava Yolları" (THY) aviaşirkəti İstanbul hava limanlarından 279 reysi təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti bildirib.
Bildirilib ki, 13 mart 2022-ci il tarixində güclü qar yağması səbəbindən İstanbul Hava Limanından 230, Sabiha Gökçen Hava Limanından isə 49 aviaşirkətin reysi təxirə salınıb.
Qeyd edək ki, bundan əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul və Sabiha Gökçen hava limanlarından 192 reys təxirə salınıb.