Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir.
Mərhumun oğlu Fuad İbrahimbəyov Teleqraf.com-a açıqlamasında, atasının itkisinin ailəsi üçün ağır olduğunu deyib:
"Bu, bizim üçün gözlənilməz oldu. Amma sevindirici haldır ki, atamın nəşi Azərbaycana gətirilib və öz vətənində dəfn olunacaq. O çox gözəl insan, gözəl ata və qeyri-adi incəsənət adamı idi. Son anında öz dostlarını xatırladı və dedi ki, əgər geri qayıtmasam onları əvəzimdən qucaqla və sevgimi çatdır".