19 Mart 2022 23:37
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdan İstanbula yola düşən “Buta Airways” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib.

Teleqraf.com xəbər verir ki, hava gəmisi kapitanları İzmir hava limanına enməyə qərar veriblər.

Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən reyslər Bakıdan gecikmə ilə yola düşüb. Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin qəbulunu məhdudlaşdırıb.

İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən yola düşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər