Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quttereş Novruz bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Baş katib "Twiter" hesabındakı paylaşımında bununla bağlı deyib:
"Bəşəriyyət misli görünməmiş çağırışlarla üzləşdiyi bir vaxtda gəlin Novruzun həmrəylik ruhunu rəhbər tutaq və harmoniyada yaşamaq, planetimizi qorumaq öhdəliyimizi təzələyək. Hər kəsə xoşbəxt, sağlam və dinc Novruz diləyirəm".