24 Noyabr 2014 15:05
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev noyabrın 28-də saat 11:00-da Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində (İsmət Qayıbov 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Bu barədə Teleqraf.com-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Hacıqabul, Şirvan, Kürdəmir rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər