29 Mart 2022 10:04
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda sululuq artıb. Bu da Kür çayında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

"Aprel ayından başlayaraq havanın temperaturunun artması və qarın əriməsi, yağan yağışlarla əlaqədar çaylarda sululuğun artacağı gözlənilir", - o deyib.

A.Verdiyevin sözlərinə görə, hazırda qar ölçmə işləri, aprel, may, iyun ayında gözlənilən hava şəraitinin təhlilləri yekunlaşmaq üzrədir:

"Aprelin əvvəlində çaylarda gursululuq proqnozu hazır olacaq", - mərkəz direktoru deyib.


Müəllif: Teleqraf.com