Bu gün saat 20:35-də Dərnəgül metrostansiyasında qatarın hərəkətində fasilə yaranıb.
Teleqraf.com xəbər verir ki, platformaya daxil olan qatar 15 dəqiqə qapılar bağlanmadığı üçün hərəkətsiz qalıb.
Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, qatarın maşinist kabinasında idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə müvafiq işarəvermə siqnalı işə düşüb:
"Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və kabinasında idarəetmə panelində hər şey qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Nəticədə iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb".