25 Noyabr 2014 17:03
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Nallar Nazirliyi Lənkəran rayonunun Girdəni kəndinə yağan yağışlar nəticəsində yaranan daşqınla bağlı açıqlama yayıb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Lənkəran rayonu, Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub. Əraziyə cəlb olunmuş Cənub Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri köməksiz vəziyyətdə qalmış 38 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyyə ediblər.

Həmçinin, xilasedicilər Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yağış suları dolmuş mal-qara fermasından 30 baş xırda buynuzlu və 10 baş iri buynuzlu heyvanları təhlükəsiz əraziyə çıxarıb, Lənkəran şəhərində su basmaya məruz qalmış fərdi yaşayış evlərinin və həyatyanı sahələrdə suçəkmə işləri aparıb.

Ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər