26 Noyabr 2014 19:25
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetinin növbəti qonağı noyabrın 26-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye olub.

BSU-nun Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbir çərçivəsində ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Fransız dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşən cənab səfir, Fransa və Azərbaycanın mədəni, iqtisadi və elm sahəsində əlaqələrindən söhbət açıb. BSU-da ilk dəfə olduğunu və universitetin ona müsbət təsir bağışladığını deyən P. Mönye, ali təhsil müəssisəsində fransız dilinin tətbiqi və inkişafına göstərilən diqqətə görə dərin məmnunluq hissi duyduğunu bildirib. O, azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbuluna üstünlük veriləcəyi və ali təhsil sahəsində əlaqələrin səviyyəsinin daha da yüksələcəyinə əmin olduğunu qeyd edib.

Görüşdə Fransanın Reis-Ardenne Universitetinin professoru cənab Rule, CİEP-nin(Beynəlxalq Pedaqoji Təhsillər Mərkəzi) rəhbəri xanım Jöno iştirak ediblər. Onlara yaradılan şəraitə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını qeyd ediblər.

Səmimi keçən görüşdən razı qalan qonaqlar müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

NİGAR


Müəllif:

Oxşar xəbərlər