3 May 2022 18:01
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsaqqallar Şurası təşkilatın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü ilə Ramazan bayramı münasibətilə Sabunçu rayonunun Nardaran, Maştağa, Bilgəh və Zabrat qəsəbələrində yaşayan sakinlər, ağsaqqallar, şəhid ailələri, qazilər, aztəminatlı ailələr üçün bayram süfrəsi təşkil edilib.

Teleqraf.com xəbər verir ki, ənənəvi olaraq keçirilən mərasimində Eldar Quliyevlə yanaşı Ağsaqqallar Şurasının Aparatının əməkdaşları da iştirak edib. 1000-ə yaxın sakinin iştirakı ilə keçirilən bayram mərasimi qadınlar üçün Maştağa Cümə məscidində, kişilər üçün isə qəsəbədəki sadlıq sarayında təşkil edilib.

Din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunduqdan sonra mərasimdə çıxış edən Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev hər kəsi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Pandemiya səbəbindən son 2 ildə bu cür bayram mərasimlərinin keçirilmədiyini təsssüflə qeyd edən professor uzun illərdir yaşadılan bu gözəl ənənənin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Şəhid ailələrinə, qazilərimizə dərin hörmət və ehtiramını ifadə edən E.Quliyev bildirib ki, “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun qazandığı böyük Zəfər sayəsində biz bu gün bu mərasimdə əvvəlki tədbirlərdən fərqli olaraq qalib ölkənin qürurlu vətəndaşları kimi iştirak edirik”.

Mərasimdə iştirak edənlər xalqımızın bütün təbəqələrinin böyük rəğbətini və sevgisini qazanan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Bayram günündə gələcəyimiz olan uşaqlar da unudulmayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bərpa və yenidənqurma işləri aparılmış 1 saylı uşaq somatik sanatoriyasında müalicə alan uşaqlara da bayram hədiyyələri göndərilib”.


Müəllif: Tapdıq Qurbanlı