27 Noyabr 2014 12:19
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın “GlaxoSmithKline” (GSK) əczaçılıq şirkəti Ebola virusunun müalicəsi üçün peyvəndin hazırlanmasında qazandığı ilk uğuru elan edib.

Bu barədə “İnterfaks” BBC-yə istinadən məlumat yayıb.

Şirkətin Belçika və İtaliyadakı laboratoriyalarında hazırlanan peyvənd ilk sınaq mərhələsindən keçib və təhlükəsiz olduğu təsdiq edilib. Məlumatlar ABŞ-ın Milli Səhiyyə İnstitutu tərəfindən açıqlanıb.

20 könüllü üzərində aparılan peyvənd sınaqları sübut edib ki, preparatın yüksək dozası heç bir əlavə təsiri olmadan sağalma şansını kəskin şəkildə artırır.

GSK-nın baş direktoru Endryu Vitti BBC-yə bildirib ki, şirkət həyatverici peyvəndi 2015-ci ilin ikinci yarısında əldə edəcəyinə ümid edir.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gecə bəyan edib ki, Ebola virusundan ölənlərin sayı 5,69 min nəfərə çatıb, təxminən daha 16 min nəfər isə bu virusa yoluxub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər