Rusiyanın "Azimut" aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları bərpa edib.
Bu barədə Teleqraf.com-a Heydər Əliyev Beynəlxalq Hava limanından bildirilib.
Qeyd olunur ki, mayın 30-dək reyslər həftədə üç dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə günlər həyata keçiriləcək.
"Çərşənbə və bazar günləri bu reyslər Mineralnıe Vodı hava limanında eniş etməklə həyata keçiriləcək", - hava limanından bildiriblər.
Cədvələ əsasən, təyyarə Bakıda saat 03:20-də eniş edəcək, saat 03:50-də isə yola düşəcək.