Hamilə qadınların ən çox səbrsizliklə gözlədikləri gün övladlarının dünyaya gələcəyi gündür. Doğum prosesinin çox ağrılı olduğu hər kəsə məlumdur. Bəs doğum ağrısını azaltmaq üçün narkozdan istifadə edilirmi?
Teleqraf.com xəbər verir ki, aparılan araşdırmalar nəticəsində qadının huşsuz olduqda doğum həyata keçirə bilmədiyi aşkarlanıb.
Səbəbi isə qadının uşağı itələyən qüvvə olmasıdır. Buna görə də, vaginal doğum əsnasında ümumi narkoz verilmir. Keysəriyyə doğumunda isə ümümi narkoz verilir və qadının şüuruna ehtiyac duyulmur.
Vaginal doğum zamanı isə belin aşağı hissəsindən regional anesteziya tətbiq oluna bilər. Burda 2 növ anesteziya istifadə edilir - epidural və onurğa. Onurğa anesteziyası tək iynə olur və epidural anesteziyadan daha tez işə yarayır. Epidural anesteziya isə belinizin aşağı hissəsinə katetor qoşub, müəyyən müddət aralığı ilə yenilənən bir metoddur. Bunların ikisinin də bir yerdə istifadə edildiyi vəziyyətlər mövcuddur.