28 Noyabr 2014 10:55
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Horadiz sərhəd dəstəsində Fizuli və Beyləqan rayon sakinləri ilə görüşüb.

DSX-dan Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Sərhəd Qoşunlarına xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlər DSX-nın aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb.

DSX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər