“Maxi.az” mağazalar şəbəkəsinin son reklam çarxı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Afrikanın azadlıq gününə həsr olunan çarxda aparıcı Xose Bernardo çəkilib.
Bayramla əlaqədar müştərilərə seçilmiş qara rəngli məhsullara 50 faiz endirim təklif edilir. Sosial şəbəkə istifadəçiləri şirkəti irqçilikdə ittiham edərək tənqid ediblər.
İzləyicilərin etirazından sonra Maxi.az sosial şəbəkədəki rəsmi səhifəsindən yaydığı videonu silib.
Həmin paylaşımı təqdim edirik: