27 May 2022 14:26
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qax rayon Heydər Əliyev Mərkəzində Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edib.

Teleqraf.com komitəyə istinadən xəbər verir ki, qəbul qurumun müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilib.

Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

S.Mehdiyev qaldırılan məsələlərin bir qismini yerindəcə həllini edib, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.


Müəllif: Teleqraf.com