28 May 2022 15:57
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın İdarə Heyətinə təyin ediləcək yeni üzvlərin adları məlum olub.

Teleqraf.com xəbər verir ki, bunlar hazırda qurumun Baş direktoru olan Rəşad Temraz oğlu Orucov və sədrin müşaviri olan Əliyar Qəhrəman oğlu Məmmədyarovdur.

Qeyd edək ki, Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi daxil edilib.


Müəllif: Teleqraf.com