Xəbər verdiyimiz kimi, sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.
Səhhəti ilə bağlı Teleqraf.com-a açıqlamasında bildirib ki, hazırda özünü yaxşı hiss edir: "Səhhətim normaldır. Müalicəm ev şəraitində davam edəcək".
Nəsimi Şərəfxanlı borca görə intihara cəhd etdiiynə dair yayılan məlumatlara da aydınlıq gətirib: "İntihara cəhd etdiyim doğrudur. Borca gəldikdə, bu haqda danışmaq istəmirəm. Səbəbi barədə danışmaq mənə ağırdır, bu addımıma görə peşmanam. Həkimlərə təşəkkür edirəm".
Qeyd edək ki, Nəsimi Şərəfxanlı İkinci Qarabağ Savaşının könüllü iştirakçısı olub. Vətən xidmətini zabit kimi yerinə yetirib. Cəbrayılın, Qubadlınln və Laçının azad olunması uğrunda döyüşüb. “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.