30 Noyabr 2014 01:53
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Fuad Muradov və Rövşən Rzayev Luksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin ölkənin paytaxtı olan Lüksemburq şəhərində məlumat bürosunun açılışında iştirak ediblər.

Fuad Muradov Teleqraf.com-a açıqlamasında bildirib ki, şəhərin mərkəzində yerləşən bu evdə Azərbaycan mədəniyyəti yüksək səviyyədə təmsil olunub. Açılış mərasimində Luksemburqun siyasi və biznes elitasının nümayəndələri iştirak edib.

Heydər Əliyev Fondunun Mədəniyyət Mərkəzinə təqdim etdiyi 3 min kitabda Qarabağ haqqında ətraflı məlumatlar əks olunub. Həmin Mədəniyyət Cəmiyyəti Azərbaycan, həmçinin işğal olunmuş Dağlıq Qarabağ bölgəsi haqqında tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, tanıtma məqsədi daşıyan tədbirlərin təşkili ilə məşğul olacaq.

Tədbirdə səslənən çıxşlarda Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasət təqdir olunub və bu siyasətin bu gün regionda sabitlik amili kimi çıxış etdiyi vurğulanıb. Milli Məclisin deputatları Dağlıq Qarabağ münaqişəsinin tarixi-siyasi kökləri haqqında ətraflı məlumat verərək, Azərbaycan həqiqətlərini bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdırıblar.

Lüksemburq dünyanın “10-luğ”una düşən ölkə olduğunu nəzərə alsaq burada “Qarabağ Evi”nin açılması təqdirəlayiq saymaq olar. Bu büro avropalıya ölkəmiz haqqında daha dolğun məlumat almasına imkan verəcək.

Nihad


Müəllif:

Oxşar xəbərlər