1 Dekabr 2014 10:10
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

KİV-də işlənən yeni sözlərin lüğəti çap olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasında bəhs edilib. Saytımıza məlumat verən Dilçilik İnstitutunun mətbuat katibi Təranə Şükürlü bildirib ki, lüğət dekabrın 15-ə qədər çap olunacaq.

MTRŞ ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə məşğələləri başlanacaq.
Dilçilik İnstitutunda keçirilən Elmi Şurada Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli bildirib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il sərəncamı ilə bağlı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı"nın yerinə yetirilməsilə bağlı işlərin görülməsindən bəhs edib. O bildirib ki, MTRŞ ilə Dilçilik İnstitutunun birgə məşğələlərinə televiziya aparıcıları cəlb ediləcək. Dərslər akademik səviyyədə təşkil olunacaq.

Məşğələlər MTRŞ-nın binasında keçiriləcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər